Bakının yol tutumu nəzərə alınmadan xaricdən hər gün minlərlə avtomobil paytaxta daşınır

…Bakının paytaxt olaraq göydələnlər şəhərinə çevrilməsi illərdir həlledilməz tıxacları ortaya qoyub. AYNA isə yolları daraltmaqla bunu daha da pis hala gətirməkdədir. Amma Bakının başqa bir fərqində olmadığımız dərdi var. Belə ki, hamı paytaxtın 40-60-80 faiz daraldılmış yollarından danışarkən Bakıda avtomobillərin çoxluğunu misal çəkir. Lakin ölkənin magistral yollarında apardığımız müşahidələr göstərir ki, hər gün minlərlə avtomobil xarici ölkələrdən Azərbaycana daşınır.

Bəs görəsən, ölkəyə təlabat oldu-olmadı bu qədər avtomobili paytaxta daşımaqda məqsəd nədir? Satmaq? Bəs bu avtomobilləri vətəndaşlara satıb pul qazananlar niyə sonradan tıxacların yaratdığı dəhşətli mənzərəni də nəzərə almırlar. Beləliklə, AYNA saqqaldan götürüb bığa yapışdırma siyasəti ilə, 3 zolaqlı yollardan özünə lazım olan parklama və velosipedləşməni götürüb, qalan 1 zolaqdan iki zolaq düzəldib işini bitmiş hesab edir, digər maraqlı qurumlar da “Nə olar-olar” deyərək paytaxtın yollarındakı xaosu görməzliyə vururlar. Yollarda tərpənməyə yer tapmayan sürücülər isə süni cərimələnmə subyekti olurlar…

Beləliklə, aidiyyəti rəsmi qurumlar yuxarıda qeyd etdiklərimizin təhlilini apararaq təsirli tədbir görməlidirlər…

A.Məmmədli

Xəbəri paylaş

20 İyul