25 İyun 2026 / 19:40

BANM THE Impact Rankings 2026-da böyük irəliləyişə nail oldu

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbi (BANM) “Times Higher Education (THE) Impact Rankings 2026” reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401-600 diapazonunda qərarlaşıb.

Tezadlar.az xəbər verir ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801-1000 diapazonunda yer almışdı.

Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib.

BANM-in ümumi göstəricisi 70,7 bal olub və 1 603 ali təhsil müəssisəsi arasında qiymətləndirilib.

Ali məktəb aşağıdakı 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə yüksək nəticələr əldə edib:

– DİM 10 – Bərabərsizliyin azaldılması – dünya üzrə 80-ci yer;

– DİM 12 – Məsuliyyətli istehlak və istehsal – 101–200;

– DİM 8 – Layiqli əmək və iqtisadi artım – 101–200;

– DİM 4 – Keyfiyyətli təhsil – 101–200;

– DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq – 61.6 bal.

“THE Impact Rankings” universitetlərin təhsil, tədqiqat, idarəetmə və ictimai fəaliyyətlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir.

Bu uğur BANM-in dayanıqlı inkişaf, inklüziv təhsil, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!