Əsas məzmuna keç

“Barselona”ya Lamin Yamal zərbəsi – gənc ulduz 2-3 həftə sıradan çıxıb

“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

“Təzadlar” xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir. O, “Barselona” ilə beş oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Xatırladaq ki, L.Yamal cari mövsüm ərzində bundan öncə də qasıq nahiyəsindəki zədə səbəbindən bir neçə oyunu buraxmışdı.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…