BAŞ NAZİR PREZİDENTİ HƏDƏLƏDİ: “ƏGƏR…”

Oxunma sayı: 53

Gürcüstanda prezidentlə baş nazir arasındakı qalmaqal pik həddinə çatıb…

Tezadlar.az xatırladır ki, “Ümid edirəm ki, Prezident Salome Zurabişvilini zorla prezident iqamətgahından çıxarmağa ehtiyac qalmayacaq və o, dekabrın 29-da səlahiyyət müddəti başa çatdıqdan sonra binanı müstəqil şəkildə tərk edəcək. İqamətgahdan zorla çıxarmağa məcbur olsaq və cəzaçəkmə müəssisəsinə köçürsək, bu, xoşagələn mənzərə olmayacaq”,- deyən Baş nazir İrakli Kobaxidze “İmedi”. telekanalının efirində Zurabişvilinin hakimiyyətdən getmək istəməməsi ilə bağlı suala cavabında bildirib. O, xəbərdarlıq edib ki, zorla çıxarılma ssenarisi cinayət əməlinin törədilməsi deməkdir və istənilən şəxs üçün çoxillik həbs cəzası ilə nəticələnə bilər: “Düşünürəm ki, bu halda Salome Zurabişvili müdrik davranacaq. Bu, partiya ofisi deyil, Gürcüstan Prezidentinin iqamətgahıdır, ona görə də orada ssenari üzrə oynamaq təkcə Salome Zurabişvilinin deyil, həm də bu ssenariyə qoşulacaq hər hansı bir şəxsin uzun illər həbs cəzası ilə nəticələnən cinayət törətməsi deməkdir. Ona görə də düşünürəm ki, ilk növbədə Salome Zurabişvili nə özünü həbsxanaya salacaq, nə də özü ilə birlikdə 100-150 nəfəri qurban verəcək. Ona görə də belə əsassız ssenarinin baş tutacağını gözləmirəm. Salome Zurabişviliyə və digər aidiyyəti şəxslərə xəbərdarlıq etmək bizim borcumuzdur…”.
 Lakin bildirək ki, daha əvvəl müxalifət partiyaları Zurabişviliyə səlahiyyət müddəti başa çatdıqdan sonra prezident sarayından çıxmamağı təklif etmişdi. Zurabişvili isə hakim Gürcü Arzusu Partiyasının yeni parlament seçkisi ilə bağlı müxalifətlə razılıq əldə etməyəcəyi halda, “rejimi devirməklə” hədələmişdi.

Qalmaqal isə davam edir…

A.Məmmədli

Xəbəri paylaş