Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Rusiya vətəndaşları üçün sərhədi bağlayın” – bu tələblə Batumidə, Avropa meydanında etiraz aksiyası keçirilib.
Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, mitinqə müxtəlif siyasi partiyaların nümayəndələri, vətəndaşlar və Batumidə yaşayan ukraynalı qaçqınlar toplaşıblar. Onların sözlərinə görə, bu müraciət əsasında petisiya yaradılıb və imzalar toplandıqdan sonra petisiya Gürcüstan parlamentinə təqdim olunacaq.
Xatırladırıq ki, Rusiyada səfərbərlik elan olunandan Rusiyadan yüz minlərlə insan müharibəyə etiraz əlaməti olaraq ölkəni tərk etməkdədir…
A.Məmmədli