Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşları tərəfindən Batumidə külli miqdarda narkotik vasitə dövriyyəsi ilə bağlı əməliyyat keçirilib. Tezadlar.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşı N.A və 1993-cü il təvəllüdlü Türkiyə vətəndaşı S.C külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə saxlanılıblar. Şəxslərin üzərində və müvəqqəti yaşayış yerlərində aparılan axtarış zamanı sübut kimi xüsusilə külli miqdarda “heroin” aşkarlanaraq götürülüb. İstintaqın məlumatına əsasən, təqsirləndirilən şəxslər narkotik maddələri qablaşdıraraq Batumi şəhərinin müxtəlif ərazilərində satış məqsədilə saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materialları da müsadirə ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq bəndi ilə istintaq aparılır.
Təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.