“Bavariya” klubu Bundesliqanın yeddinci turunda doğma meydanda “Borussiya Dortmund” ilə qarşılaşıb.
Tezadlar.az xəbər verir ki, görüşdə münxenlilər 2:1 hesabı ilə qalib gəliblər.
Qarşılaşmada hesabı 22-ci dəqiqədə Harri Keyn açıb. Oyunun 79-cu dəqiqəsində Mişel Olise fərqi iki topa çatdırıb. Lakin beş dəqiqə sonra “Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brandt bu qollardan birinin əvəzini çıxıb – 2:1. Görüş bu hesabla da başa çatıb.
Turun bu gün keçirilən digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Köln” – “Auqsburq” – 1:1
“Maynts” – “Bayer Leverkuzen” – 3:4
“Leyptsiq” – “Hamburq” – 2:1
“Volfsburq” – “Ştutqart” – 0:3.
Bu turun açılış matçında “Union Berlin” paytaxtda “Borussiya Mönxenqladbax”ı 3:1 hesabı ilə məğlub edib. Bundesliqanın 7-ci turuna sabah keçiriləcək “Frayburq” – “Ayntraxt” və “St Pauli” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.
Beləliklə, 7 turdan sonra “Bavariya” maksimum nəticə – 21 xalla çempionata liderlik edir. “Leyptsiq” 16 xalla ikinci, “Ştutqart” 15 xalla üçüncü sırada qərarlaşıb. Aktivində 14 xal olan “Borussiya Dortmund” Münxendəki məğlubiyyət nəticəsində iki pillə geriyə – dördüncü sıraya düşüb.







