Əsas məzmuna keç

Bayden şüa terapiyasını tamamlayıb

ABŞ-ın keçmiş prezidenti Co Bayden prostat vəzi xərçənginə qarşı şüa terapiyasını başa çatdırıb.

Tezadlar.az xəbər verir ki, CBS telekanalının məlumatına görə, bu barədə ABŞ-ın keçmiş liderinin sözçüsü Kelli Skalli məlumat verib.

Bayden Filadelfiyadakı xərçəng mərkəzində müalicə alırdı. “Lakin bu, onun müalicəsinin başa çatması demək deyil”, – kanal qeyd edir. Baydenin əlavə müalicəyə ehtiyacı olub-olmayacağı hələlik bəlli deyil.

Skallinin sözlərinə görə, siyasətçi oktyabrın 20-də bazar ertəsi zəng vurub (bir çox xərçəng mərkəzləri xərçəng müalicəsini başa vurmuş xəstələrə öz irəliləyişlərini bildirmək və digər xəstələri həvəsləndirmək üçün xəstəxanada “zəng çalma” mərasimi keçirməyi tövsiyə edir – lenta.ru).

Daha əvvəl oktyabr ayında Co Baydenin prostat xərçəngi müalicəsinin yeni mərhələsinə başladığı bildirilmişdi. O zaman müalicənin şüa terapiyası və hormon terapiyası olduğu deyilirdi. Baydenin prostat xərçənginin aqressiv forması diaqnozu bu ilin mayında məlum olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…