Əsas məzmuna keç

BAYDENDƏN PUTİNƏ ACIQ: “NATO BİRLİYİ PUTİNİ ŞOKA SALDI VƏ…”

Amerika Birləşmiş Ştatlarının hərbi rəhbərləri ilə görüş zamanı prezident Co Bayden NATO birliyinin Rusiya prezidenti Vladimir Putini şoka saldığını deyib.

Tezadlar.az Reuters-ə istinadən bildirir ki, Bayden çıxışını belə başlayıb: “Onlar düşündüyümdən də sərt və qürurludurlar; sizin köməyinizlə etdiklərinə heyranam. Mən düşünmürəm ki, Putin bizi bir araya gətirə bildi”.

Xatırladırıq ki, dünən  prezident Co Bayden ABŞ hərbi liderlərini Ağ Evdə illik toplantıya çağırıb və  bu, Ukraynadakı müharibənin təhlükəli yeni mərhələyə qədəm qoyması, Vaşinqtonun əlavə hərbi yardım planlaşdırması baxımından xüsusi əhəmiyyət kəsb edən görüş olub. Görüşü açan Bayden Ukrayna ordusunun müqavimətinin güclü olduöunu qeyd edib və NATO-nun birliyinin Putini şoka saldığını bildirib.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…