Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2026 / 11:53

Bayramla əlaqədar bu gün işçilər 1 saat tez iş saatını bitirməlidir

Bu gün Azərbaycanda bayramla bağlı qısa iş günüdür.

Tezadlar.az  xəbər verir ki, bu barədə Əmək Məcəlləsinin 108-ci maddəsində qeyd edilib.

Belə ki, 27-28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Qeyd edək ki, Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşür. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu – 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!