Bayraq Meydanından “Azneft” dairəsinədək olan yolu 2 saata qət etmə haqsızlığı!

Oxunma sayı: 238

Ötən gün peşə fəaliyyətini yerinə yetirdikdən sonra işə qayıtmaq istəyən əməkdaşımız Bayraq meydanından “Azneft” dairəsinədək olan 800 metrlik yolu 2 saata gəlməli olub. “…On minlərlə avtomobil tıxacda min tonlarla benzin yandırır… Avtobuslar, minik maşınları addım- addım irəliləyirdi. Bezib avtomobilləri və avtobusları tərk edən sərnişinlər yolu piyada getməyə məcbur olurdular. Yaşlı insanlar, uşaqlı valideynlər çətin vəziyyətlə üzləşmişdilər… Hətta yanacağı qurtardığından yolda qalanlara da rast gəlinirdi… 2 saatdan sonra “Əl Oyunları” Stadionuna çatanda məlum oldu ki, iki polis əməkdaşı yola dəmir maneələr qoyaraq avtomobilləri bir- bir buraxır. Sanki xarici ölkələrin sərhəd- buraxılış məntəqəsi idi… Və ən maraqlısı, qarşı tərəfdə isə yol bomboş olduğundan rahat hərəkət var idi. Hər gün bu zülmü yaşayan sürücülər bildirdilər ki, guya bu cür yolkəsmədə məqsəd Neftçilər prospektinə Baksovet istiqamətindən daxilolmaları tənzimləməkdir. AYNA- nın yolları daraltmaqla Bakını velosipedləşdirməsi və parklamalara çevirməsi buna gətirib çıxarıb. Paytaxt sakinləri digər dərd- sərini unudub hər gün tıxacla mübarizədən çıxış yolu axtarır. Müşahidələr isə göstərir ki, paytaxtın mərkəzində bu cür süni nəqliyyat sıxlığına səbəb odur ki, rayonlardan və “Binə”, “Sədərək” ticarət mərkəzlərindən eyni vaxtda bu yola daxil olmalar var var. Halbuki bu nəqliyyatın 70 faizi mərkəzə daxil olduqdan sonra Günəşli, Hövsan, Əhmədli, 8 km-yə, Mərdəkan istiqamətinə və s. paylanır… Çıxış yolu isə yox deyildir. Bayraq meydanından Zığ şossesinədək dənizin içindən yol çəkmək olar ki, bu qədər avtomobil mərkəzə daxil olmasın. Bəs niyə etmirlər???”,- deyə əməkdaşımız A.Məmmədli bildirir.

Bəli, hazırkı vəziyyətdə Bakıda dənizin Bulvarkənarı hissəsindən estakadalar üzərində olmaqla qeyd edilən istiqamətdə yol çəkib nəqliyyatı paytaşdırmaq olar. Dənizin sahilboyu hissəsində isə suyun dərinliyi olduqca aşağıdır, hətta quru hissələr belə müşahidə edilməkdədir. Bu cür yol çəkilişində isə xarici şirkətlərə və mütəxəssislərə ehtiyac yoxdur. Azərbaycanın Neft Daşlarında estakada üzərindən çəkilmiş yol təcrübəsi vardır…

Y.Məmmədli

Xəbəri paylaş

24 May