Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
…1956- cı ildə Sovet rejiminə etiraz əlaməti və Azərbaycanın müstəqilliyinə sonsuz sevgi ilə Bakıda Qız Qalası üzərində əli ilə tikdiyi üçrəngli bayrağımızı dalğalandıran, sonra buna görə həbs edilən, 1957-ci ildə erməni və rus müstəntiqlərin apardığı saxta cinayət işi üzrə 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiya ucqarlarına sürgün edilən Cahid Hilaloğlu!
Həyatını Azərbaycanın müstəqilliyinə qurban deyən, bu yolda bahalı ölümə- şəhidliyə könül verən Cahid bəy sürgündən qayıdandan sonra da rahat həyatını yaşaya bilmədi, bu dəfə fiziki və mənəvi işğəncələrə məruz qaldı… Amma dözdü!.. Və 1991- ci ildə müəmmalı avtoqəzada həlak oldu, Ağdamın Mərzili kəndində- dayısı oğlu, bu kənddə məsul vəzifələrdə çalışan, vətənpərvər Həsən Əliyevin ailə məzarlığında dəfn edildi!
XXX
Nəhayət, 1992- ci ildə kənd Ermənistan və rus ordusu tərəfindən işğal ediləndən ta 2020- ci ilin 44 günlük Zəfər müharibəmizədək kəndin digər məzarları kimi, Cahid Hilaloğlunun da məzarı qəriblikdə qalmışdı… 2026-cl ilin iyunun 6- da Cahid Hilaloğlunun məzarı “Təzadlar” qəzetinin rəhbərliyinin təşkilatçılığı, Cahid bəyin qızı, Xalq artisti Naibə Allahverdiyevanın, həmçinin Cahid bəyin yaxın qohumlarının iştirakı ilə Mərzili kənd qəbiristanlığındakı məzarı ziyarət edildi… Bu ziyarət və Naibə xanımın, digər qohumların xatirələri əsasında tezadlartv93 efirində peşəkar proqram hazırlandı, efirə verildi… (link aşağıda təqdim olunur).
https://www.youtube.com/watch?v=rHeDkIYZ_f8Beləliklə, Xalq artisti Naibə Allahverdiyevanın təşəbbüsü, Avropa Mətbuat Federasiyasının üzvü, yazıçı- jurnalist, “Tərəqqi” medallı Asif Mərzilinin, eləcə də Cahid bəyin dayısı qızı, İsveç Regional Parlamentinin deputatı İradə Əliyevanın iştirakçılığı və məsləhəti ilə Cahid Hilaloğlunun keşməkeşli siyasi fəaliyyəti barədə bədii əsər, eləcə də pyes hazırlanmasına start verilib. Artıq DTX- nin arxivindən Cahid Hilaloğlunun barəsində çıxarılmış məhkəmə hökmünün və istintaq materiallarının əldə edilməsi üçün aidiyyəti üzrə müraciət edilib, bəzi şahidlər dindirilib, xatirələr, bəzi rəsmi sənədlər, həmçinin qızı Naibə xanım Allahverdiyevanın ailə albomu… nəzərdən keçirilib.
Tezliklə Cahidsevərlərə əlavə məlumat veriləcək!
Azərbaycanın müstəqilliyi yolunda cəfa çəkmişlərin xatirəsi heç vaxt unudulmamalıdır!
“Təzadlar”
