Əsas məzmuna keç

Belarus Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ-ın Qəzza Sülh Şurasına qoşulmaq dəvətini qəbul edib.

Tezadlar.az bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Ruslan Varankov məlumat verib.

“Təklif Belarus Respublikasının prezidentinə təqdim edilib və o, bunu müsbət qarşılayıb”, – deyə o bildirib.

Eyni zamanda, Belarus Xarici İşlər Nazirliyi Sülh Şurasının beynəlxalq münaqişələrin həlli üçün qlobal prosesləri əhatə edəcək mandatını genişləndirəcəyinə ümid etdiyini bildirib.

Əvvəllər Qazaxıstan lideri Kasım-Jomart Tokayevin ABŞ prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaq dəvətini qəbul etdiyi bildirilirdi.

17 yanvarda Tramp Qəzza Sülh Şurasının üzvlərinin siyahısını açıqlayıb. Buraya ABŞ Dövlət Katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff, ABŞ Milli Təhlükəsizlik müşavirinin müavini Robert Qabriel və bir neçə başqa şəxs daxil idi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…