18 Avqust 2024 / 05:37

BELQOROD VİLAYƏTİ ÜZƏRİNDƏ PİLOTSUZ UÇUŞ APARATI VURULUB

Səhər hava hücumundan müdafiə sistemləri Belqorod vilayətinin ərazisində təyyarə tipli pilotsuz uçan aparatı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Avqustun 18-də Moskva vaxtı ilə saat 07:25 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukraynaya məxsus pilotsuz uçuş aparatı Belqorod vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – deyə məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!