Qarabağın bərpası və yenidən qurulması çərçivəsində Xocalı rayonuna köç edən sakinlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə səyyar tibbi xidmət təşkil olunub.
Tezadlar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim heyətinin iştirakı ilə keçirilən müayinələr zamanı terapevt, cərrah, pediatr, mama-ginekoloq, kardioloq, nevropatoloq və endokrinoloq tərəfindən, həmçinin USM və laborator müayinələr üzrə 70 sakinə tibbi xidmət göstərilib.







