Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu “Novruz Çərşənbələri ” adlı master-klass təşkil olundu.
Tezadlar.az xəbər verir ki, master-klassda “EDUGRATA” tədris mərkəzinin müəllimi Şəbnəm Nəbiyevanın tələbələri iştirak edirdi. Master-klassı ADRA – nın müəllimi Zinaida Mirzəzadə aparırdı. Gənc rəssamlar gildən hazırlanmış yaz mövzusunda fiqurlar üzərində rəngkarlıq texnikasının sirlərin öyrəndilər. Master-klassı açıq elan edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçılara uğurlar arzuladı.
Sonda iştirakçılara diplom və kiçik hədiyyələr təqdim olunub xatirə şəkilləri çəkildi.
JASMİN