Əsas məzmuna keç

Beynəlxalq Qalereyada master-klass təşkil olundu – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı

Beynəlxalq Qalereyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu master-klass təşkil olundu.TEZADLAR.AZ  xəbər verir ki, master-klassda müxtəlif yaş qrupundan olan rəssamlar iştirak edirdilər.
Master-klassı giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları salamlayaraq günün əhəmiyyəti haqqında məlumat verdi və onlara uğurlar arzuladı. Rəssam, eyni zamanda terapevt-həkim Səadət Cəfərova master-klassların xüsusilə bütün yaş qruplarından olan rəssamlara pisxaloji cəhətdən də kömək etdiyini bildirdi. Rəssam, vokalist Aynur Yunusovanın möhtəşəm ifası iştirakçıların alqışları ilə qarşılandı. Rəssamlar abidə fiqurları üzərində rəngkarlıq texnikasını tətbiq etdilər. Sonda iştirakçılara diplomlar təqdim olundu, xatirə şəkillləri çəkildi.

AYGÜN

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…