BİLƏSUVARDA NARKOTİK VASİTƏLƏRİN DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLANLAR SAXLANILIB

Oxunma sayı: 55

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, S.Abbasov, İ.Şirinov və N.Cəfərov saxlanılıb və onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

R.XUDATQIZI

Xəbəri paylaş

26 Aprel