Əsas məzmuna keç

Biləcəri enişində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…