Əsas məzmuna keç

Bir aydır axtarılan qadının meyiti kolluqda aşkarlanıb

Beyləqanda itkin kimi axtarılan qadının meyitinin qalıqları tapılıb.

Tezadlar.az xəbər verir ki, ötən ay rayonun Qaradağlı kəndində itkin düşdüyü bildirilən Şücaət Müslüm qızı İsmayılovanın meyitinin qalıqları kolluq ərazidə aşkarlanıb.

İlkin məlumata görə, yıxılaraq ölən qadının meyiti vəhşi heyvanlar tərəfindən parçalanıb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır, ekspertiza təyin olunub.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…