Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə ölkənin 11 regionu, Azov və Qara dəniz suları üzərində Ukraynaya məxsus 158 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Xüsusilə, Krasnodar vilayəti üzərində 67 pilotsuz uçuş aparatı vurulub, dağıntılar Rostov vilayəti, Şimali Osetiya və digər bölgələrdə də qeydə alınıb. Voronej vilayətinin qubernatoru qeyd edib ki, hücumlar nəticəsində insan tələfatı və dağıntı yoxdur, lakin yeni hücumlar təhlükəsi hələ də qalmaqdadır.
ELBAR