Əsas məzmuna keç

Birləşmiş Ərəb Əmirlikləri məlumat mərkəzlərini yerin altına köçürməyi planlaşdırır

Maraqlıdır, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyəti Yaxın Şərqdə davam edən münaqişə fonunda məlumat mərkəzlərinin yeraltında tikilməsi imkanını nəzərdən keçirir. Tezadlar.az xəbər verir ki, “Wall Street Journal”ın məlumatlı mənbələrə istinadən yazdığına görə, mümkün hücumlardan qorunmaq üçün məlumat mərkəzlərinin yeraltında yerləşdirilməsi, həmçinin hesablama komplekslərinin yaxınlığında dronlara qarşı müdafiə sistemlərinin qurulması təklif olunur. Bu müzakirələr mart ayında İranın hücumları nəticəsində BƏƏ və Bəhreyndə “Amazon Web Services”ə (AWS) məxsus infrastrukturun zədələnməsindən sonra gündəmə gəlib.

AWS sentyabrın 15-də BƏƏ-dəki üç məlumat zonasından birinə və Bəhreyndəki infrastrukturuna çıxışın bərpa edilə bilməyəcəyini açıqlayıb. “Wall Street Journal”ın yazdığına görə, yeraltı məlumat mərkəzlərinin tikintisi onsuz da yüksək olan infrastruktur xərclərini daha da artıracaq. Bununla yanaşı, hazırda əks istiqamətdə proses də müşahidə olunur. Bəzi təşkilatlar məlumatlarını BƏƏ-dən kənardakı serverlərə köçürür. Ölkə adətən yerli şirkətlərin məlumatlarının ölkə daxilində saxlanmasına dair sərt siyasət yürütməsinə baxmayaraq, AWS-in zədələnmiş obyektlərinin fəaliyyətini bərpa etməyə çalışdığı müddətdə bəzi qurumlara məlumatlarını xaricə çıxarmağa icazə verilib.

Məlumat mərkəzlərinin təhlükəsizliyi ilə bağlı dəyişikliklər BƏƏ-nin iri süni intellekt və bulud infrastrukturu layihələrinə də təsir göstərir. Reuters-in məlumatına görə, ölkədə böyük AI məlumat mərkəzi layihəsinin strukturu mümkün dron və raket hücumlarına qarşı dayanıqlılığı artırmaq məqsədilə yenidən nəzərdən keçirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…