Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik rəmzi olmaqla yanaşı insanlar arasında mərhəməti, yardımlaşmanı, həmrəyliyi və birliyi daha da gücləndirir. Qurbanlıq ibadətinin mənəvi kökündə Allaha yaxınlıqla yanaşı, insanlara sevgi, fədakarlıq və paylaşmaq kimi ali dəyərlər, dövlətimizin əbədiliyi, xalqımızın tərəqqisi və şəhidlərimizin ruhu üçün duaların edilməsi dayanır. Xalqımız əsrlər boyu bu dəyərlərə sadiq qalmış, dini-mənəvi irsini qorumuş və bu gün də həmin ənənələri yaşatmaqda davam edir.
Zərifə Nəcəfli, Vəfa Sadıqova, Şəhla Xələfova, Gülüş Abıyeva, Məhəmməd Əsədov, Əlihüseyn Ağayev, Ramin Ağazadə, Yasin Məcidov, Kamandar Zeynalov, Ağəli Məsimov, Nəsib İsmayılov, Gəray Abbasov, Rövşən Qasımlı, Rauf Həsənov, Elbrus Xəlilov, Rza Məmmədov, Seymur Rəsulov, Ruslan Fərzəliyev, Həsən Niftəliyev və Əziz Mərdiyev İslam aləminin ən müqəddəs və əziz bayramlarından biri olan Qurban bayramı münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, hər bir kəsə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və süfrələrində bol ruzi-bərəkət arzulayırlar!
Qoy bu bayram bizləri birliyə, həmrəyliyə, xeyirxahlığa daha da yaxınlaşdırsın. Kəsilən qurbanlar, edilən dualar Uca Allah tərəfindən qəbul olunsun!
Qurban bayramınız mübarək olsun!
CEYHUN