26 Noyabr 2025 / 10:27

Biz razılığa çox yaxınıq: Tramp Ukrayna ilə bağlı açıqlama verdi

ABŞ prezidenti bir daha Ukraynadakı müharibənin daha tez həll olunmasına ümid etdiyini bildirdi

ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin çox yaxın olduğunu bildirdi.

Tezadlar.az bildirir ki, o, bu açıqlamanı 25 noyabrda Ağ Evdə keçirilən mətbuat konfransında verib.

Amerika lideri son bir ayda 25.000 əsgərin öldüyünü qeyd edib. O, həmçinin Ukraynadakı müharibənin daha tez başa çatacağına dair əvvəlki inancını təkrarlayıb.

“Son bir ayda 25.000 əsgər itirdik. Buna görə də düşünürəm ki, razılığa çox yaxınıq. Biləcəyik… Düşünürdüm ki, bu, daha tez həll olunacaq”, – Tramp deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!