Əsas məzmuna keç

BMT ERMƏNİLƏRİN BLOKADA YALANINI ÖYRƏNMƏK ÜÇÜN QARABAĞA GƏLİR???

…Dünən gecə Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib… Tezadlar.az Azadlıq radiosu-na istinadla bildirir ki, Ermənistan BMT-ni Qarabağdakı humanitar vəziyyəti dəqiq öyrənmək üçün missiya göndərməyə çağırdı. Və Ermənistan Laçın dəhlizi məsələsini BMT səviyyəsində qaldıra bildi. Ermənistan mediası da yazır ki, missiya tezliklə Qarabağa gələcək… Gəlsin, həmin missiya 32 ildir Xankəndidəki, Şuşa və Xocalıdakı, Laçındakı, Ağdamdakı… evinə gedə bilməyən, blokadada olan Azərbaycan vətəndaşlarının da halını görsün. İkincisi, BMT yəqinki Ermənistan qoşunlarının Qarabağdan çıxarılması barədə 1992-93-cü illərdə qəbul etdiyi 4 icra edilməyən qətnaməsini də qoltuğuna vurub gətirəcək… Və gələn missiya şübhəsiz ki, vəziyyəti görüb, öyrənib Azərbaycana minnətdar olacaq ki, onun 30 il ərzində icra edilməmiş 4 qətnaməsini öz gücünə, BMT-yə əziyyət vermədən yerinə yetirdi. Yəni, Ermənistan qoşunları şil-küt edilərək rədd olub İrəvana getdi…
A.Məmmədli 
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…