Bouz: Əsl müharibəni qızışdıranlar Rusiyada deyil, Avropadadır

Oxunma sayı: 65

Əsl müharibəni qızışdıranlar Avropadadır, Rusiya və ya Çində deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Avropalılar dünya üçün ən böyük təhlükədir. Rusiya deyil, Çin deyil, Avropa Birliyində müharibəni qızışdıranlar”, – o vurğulayıb.

Jurnalistin fikrincə, ABŞ prezidenti Donald Trampın yeni administrasiyası Kiyevə təmənnasız dəstəyi dayandırmaq təşəbbüsü ilə çıxış etdiyi üçün Avropa ABŞ-a qarşı çıxıb.

Bundan əvvəl Federasiya Şurasının üzvü Aleksey Puşkov bildirmişdi ki, Qərbi Avropa ölkələri prezident Donald Trampın hakimiyyətə gəlməsi fonunda ABŞ-ı beynəlxalq pariyaya çevirmək istəyir.

Belə ki, senator Britaniya və Almaniya hakimiyyətinin öz vətəndaşlarına ABŞ-a səyahətin təhlükəsi ilə bağlı xəbərdarlığına münasibət bildirib.

Qeyd edək ki, martın 27-də Parisdə Ukraynaya yardım etmək istəyənlər koalisiyasının sammiti keçiriləcək. Fransa prezidenti Emmanuel Makron deyib ki, onun sammitdəki məqsədi Kiyevə qısamüddətli dəstək üçün öhdəliklərin və daha konkret məqsədlərin təsdiqlənməsini təmin etməkdir.

ELBAR

Xəbəri paylaş