Əsas məzmuna keç

BÖYÜK BRİTANİYA UKRAYNAYA BÖYÜK MƏBLƏĞDƏ YENİ KREDİTLƏR VERƏCƏK

Böyük Britaniya Ukraynaya 500 milyon dollarlıq yeni kreditlər verəcək və bu il ümumi kreditlərini 1 milyard dollara çatdıracaq.

Bu barədə Britaniya Xəzinədarlığının bəyanatına istinadən “Sky News” xəbər verir.

Agentliyin məlumatına görə, bu çoxmilyonluq kreditlər Ukrayna xəstəxana və məktəblərinin saxlanmasına, eləcə də digər dövlət ehtiyaclarına sərf olunacaq.

Ümumilikdə Böyük Britaniya Ukraynaya dəstək üçün 8,1 milyard dollar ayırmağı planlaşdırır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…