Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Sentyabr 2021 / 05:10

BöYüK BRITANIYA “COVID PASPORTU”NU LəğV ETDI

Böyük Britaniyada vaksin pasportunun tətbiqinə başlanmayacaq.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniyanın Səhiyyə naziri Sacid Cavid BBC-yə açıqlamasında deyib.

O bildirib ki, hökumət lazımı araşdırmalar apararaq Böyük Britaniyada “COVID pasportu”nun tətbiqinə ehtiyac olmadığı qərarına gəlib.

Qeyd edək ki, ötən həftələrdə Böyük Britaniyadakı gecə klublarına və iri miqyaslı tədbirlərə giriş üçün insanlardan “COVID pasportu”larının tələbi ilə bağlı müzakirələr gedirdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!