Böyük Britaniya Fələstin dövlətini rəsmən tanısa…

Bütün mübahisələrə baxmayaraq Böyük Britaniyanın baş naziri Kir Starmer bu həftə sonu ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfərindən sonra Fələstini dövlət kimi tanıyacağını bəyan edib. Tezadlar.az CNN Türk-ə istinadla xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Məlumatda həmçinin qeyd olunur ki, Starmer, bu bəyanatı Trampın gedişinə qədər təxirə salıb. Çünki əks halda bu məsələ cümə axşamı Çekersdə iki siyasətçinin iştirakı ilə keçiriləcək mətbuat konfransının əsas mövzusuna çevrilə bilərdi. Böyük Britaniya bu prosesi gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasına qədər davam etdirəcək.

ABŞ Fələstinin rəsmi tanınmasının qəti əleyhinədir və Tramp əvvəllər bunun HƏMAS-a xidmət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdi.

İsrail isə bu tanıma bəyanatına sərt reaksiya verib. Bu barədə ölkə mediası məlumat yayıb.

 

 

Xəbəri paylaş