Böyük Britaniya Trampın Zelenskini qorxuya salan açıqlaması ilə bağlı xəbər yayıb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın münaqişədən uzaqlaşmaq niyyətindən qorxur.

Tezadlar.az xəbər verir ki, bu fikri britaniyalı analitik Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.

Onun sözlərinə görə, Amerika lideri münaqişədə birbaşa iştirakdan əl çəkmək istəyir və bu, Zelenskini dəhşətə gətirir.

“Həqiqətən qorxan Zelenskidir. O, amerikalıların birdən-birə onun altından xalçanı çıxartmasından qorxur”, – ekspert qeyd edib.

Daha əvvəl Tramp bəyan etmişdi ki, Ukrayna Avropa İttifaqının köməyi ilə təkcə öz ərazilərini geri almağa deyil, həm də potensial olaraq “daha ​​da irəli getməyə” hazırdır.

Bunun ardınca Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas vurğulayıb ki, Avropa Ukraynaya Rusiya ilə münaqişəni sona çatdırmaqda kömək etmək üçün tək məsuliyyət daşımır.

E.ŞİRİNOV

Xəbəri paylaş