Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Britaniya İrs Partiyasının lideri Devid Kerten Rusiyanın “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində terror aktlarının sifarişini hansı ölkələrin verə biləcəyini müəyyən edib.
Tezadlar.az xəbər verir ki, “RİA Novosti” onun sözlərini sitat gətirir.
Kerten “Şimal axını”nın bombalanmasının arxasında Böyük Britaniya, ABŞ, Norveç və hətta Ukraynanın olduğunu irəli sürüb.
“Kimsə “Şimal axını” ilə nə baş verdiyini, onu kimlərin və niyə məhv etdiyini dəqiq bilir. Rəsmi mənbələrdən gələn hər şey dezinformasiya selidir”, – o deyib.
Siyasətçinin fikrincə, mövcud vəziyyətdən ən çox qazanan ABŞ və Norveç qazı Avropaya şişirdilmiş qiymətlərlə satmağa başlayıb.
Avqustun 20-də İtaliyanın Rimini şəhəri yaxınlığında ailəsi ilə birlikdə istirahət etdiyi Ukrayna vətəndaşı Sergey Kuznetsov saxlanılıb. Müstəntiqlərin fikrincə, həmin şəxs qaz kəmərlərini təxribat etmək üçün istifadə edildiyi iddia edilən “Andromeda” yelkənli yaxtasının ekipajının üzvü olub. Kuznetsovun vəkili ittihamları rədd edir.
E.ŞİRİNOV