Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyaca məşhur futbolçu Devid Bekhemin oğlu Bruklin Bekhem həyat yoldaşı Nikola Pelts ilə birlikdə atasının və anasının – Devid və Viktoriya Bekhemin – birbaşa əlaqələrini kəsmək qərarına gəlib.
Tezadlar.az xəbər verir ki, cütlük ailəyə yalnız vəkillər vasitəsilə ünsiyyət qurmağı tələb edib və sosial mediada onların haqqında paylaşım etməmələrini istəyib. Mənbələr bildirir ki, bu addım Bruklinin psixoloji sağlamlığını qorumaq məqsədi daşıyır.
Bruklin və Nikola Pelts 2022-ci ildə evlənib, toydan sonra isə ailədaxili gərginliklər daha da artıb. Ötən may ayında Bruklin və Nikola vacib ailə tədbirlərinə qatılmayıb.