Bu 4 türk dövləti Türkiyəyə inanılmaz arxa çevirir…

Oxunma sayı: 452

Bunu da gördük: Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa Birliyi (AB) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını (Kuzey Kıprıs Türk Cümhuriyyəti) tanımayacaqlarını bəyan ediblər. Tezadlar.az “Haber Global”a istinadla bildirir ki, bu ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını “tək qanuni hökumət” olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.

Qeyd olunub ki, bu addımlar AB-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji bir gedişat kimi şərh edilir. Sənəddə həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib. Dolayısı ilə bu, 1974-cü il hərəkatına və Türkiyənin Kipr türklərinin qətliamının qarşısını almaq üçün hərbi müdaxiləsinə qarşı bir addımdır.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən həftəki çıxışında bildirib ki, Kipr türkləri öz dövlətlərinə sahib olmağa layiqdirlər və Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər Azərbaycan onların yanında olmağa davam edəcək. 

Bu  Azərbaycanın dəyişməz mövqeyi, bu da Orta Asiyanın türk dövlətləri…

A.Məmmədli

Xəbəri paylaş

19 May