4 May 2026 / 10:24

Bu gün bütün Ermənistan da Prezident İlham Əliyevin video-çıxışını izləyəcək-SON DƏQİQƏ

Nəinki bölgədə, dünyada siyasət və vəziyyət dəyişir: belə ki, bu gün İrəvanda Avropa Siyasi Birliyinin sammiti başlayır və sammitin açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev video-çıxış edəcək. Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

Beləliklə, bu gün bütün Ermənistan da Prezident İlham Əliyevin video-çıxışını izləyəcək…

SƏBUHİ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!