Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 İyun 2026 / 09:54

Bu gün onun günüdür…-TƏBRİK

Bu gün sabiq deputat, YAP Xətai rayon şöbəsinin sabiq sədri, yazıçı-dramaturq Hüseynbala Mirələmovun doğum günüdür. Ürəkdən təbrik edir və tanınmış şair Ağacəfər Həsənlinin bu təbrikinə qoşuluruq:
“Çox hörmətli Hüseynbala müəllim, dəyərli insan, böyük yazıçı, görkəmli alim! 25 iyun sizin doğum gününüzdür, dini mənada söyləsək, mövludunuzdur, siz müqəddəs Aşura günündə bu işıqlı dünyaya xoş gəlmisiniz.
Əziz Hüseynbala Fazil oğlu Mirələmov, bizim tanışlığımızın və yaxınlığımızın təxminən 40 il tarixi var. Ötən iyirminci əsrin səksəninci illərində sizin nəşr etdirdiyiniz “Tənha durna uçuşu” adlı hekayə və lirik esse, miniatür nümunələri kitabınız tezliklə yayıldı və oxucuların dillər əzbəri oldu. Həmin o əl boyda topluda sizin ürək çırpıntılarınız barədə indi haqq dünyasına qovuşmuş xalq yazıçısı Elçin Əfəndiyev ön söz yazmışdı. O, bu hekayə və lirik parçaları yüksək qiymətləndirmiş, yazıçı kimi bir qədər gecikməyinizə işarə vurmuşdu. İndi maşallah, həmin boşluğun yerini samballı nəsr əsərləri ilə doldurursuz. Roman və povestləriniz nəinki Azərbaycanda, qardaş Türkiyədə dəfələrlə nəşr olunmuşdur. Eləcə də bədii-publisistikanəz imkan verdi ki, ulu öndər Heydər Əliyev haqqında Rusiyanın məşhur “Sovetskiy pisatel” nəşriyyatında kitab ərsəyə gətirəsiniz. Tezliklə “SDL” sizin imzanızla təkcə Heydər Əliyev barədə deyil, o cümlədən, məşhur oftalmoloq Zərifə Əliyeva və Azərbaycan prezidenti İlham Əliyev haqqında da kitablar çap etdirdi.
Mən bir dost kimi fəxr edirəm ki, kitablarınız dünyanın 50-dən çox dilinə tərcümə edilmişdir. Haqqınızda kifayət qədər məqalələr çap üzü görmüş, kitablarınız haqqında rəylər, resenziyalar nəşr olunmuşdur. Sizin elmi fəaliyyətiniz də uğurlu alınmışdır. Bir müddət nüfuzlu ali məktəblərimizin birində kafedra müdiri kimi işləmiş, hətta ayrıca yaradılmış dissertasiyası müdafiə şurasına rəhbərlik sizə həvalə edilmişdi. Uğurlarınız haqqında qalın-qalın kitablar yazılmış və yazılacaqdır. Sizi bu münasibətlə bir daha təbrik edir, sizə uğurlar diləyir, xoşbəxtlik arzulayıram!”.
(“Təzadlar”)
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!