Əsas məzmuna keç

Bu gün qısa iş günüdür – iş 1 saat tez bitməlidir

Azərbaycanda iyunun 26-da Silahlı Qüvvələr Günüdür. Qanunvericiliyə uyğun olaraq, bu tarix qeyri-iş günü hesab olunur.

Tezadlar.az  xəbər verir ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günündən əvvəlki iş gününün müddəti bir saat qısaldılır. Bu səbəbdən iyunun 25-i ölkədə qısa iş günü kimi tətbiq edilir.

Beləliklə, beşgünlük və ya altıgünlük iş həftəsindən asılı olmayaraq, bu gün əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün iş vaxtı bir saat az olacaq.

Qeyd edək ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi hər il qeyd olunur və rəsmi qeyri-iş günü sayılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…