Əsas məzmuna keç

BU MALLARIN AZƏRBAYCANA İDXAL ÇƏKİSİ ARTIB

Azərbaycanda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәrinin idxaldakı çəkisi artıb.

TEZADLAR.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu ilin yanvar-fevral aylarında ölkəyə 527 632.09 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri idxal edilib ki, bu da idxalın 21,57 faizi deməkdir.

Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkəyə idxalın 16,99 faizini təşkil etməklə 450 483.04 min ABŞ dolları dəyərində maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar vә onların hissәlәri gətirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…