10 Mart 2026 / 18:31

Bu nazir müavinin oğlu məşhur bloger Aurora Kibanın yeni sevgilisidir? -İNANILMAZ

Rusiyanın gürcü əsilli Xalq artisti, 63 yaşlı Qriqori Lepsin 16 yaşlı keçmiş nişanlısı Aurora Kibadan niyə ayrılıb və…

 Xatırlatma: Aurora Kiba- gürcü əsilli, rusiyalı müğənni Qriqori Leps ilə münasibətləri və nişanlanma xəbərləri ilə gündəmə gələn 18-19 yaşlı blogerdir. 2024-cü ildə Leps onu “həyat yoldaşı” adlandırsa da, cütlüyün 2025-ci ilin dekabrında ayrıldığı barədə məlumatlar yayıldı. Hazırda İngiltərədə yaşayan Kiba, həm də təhsili ilə seçilən bir bloger kimi tanınır… Bu barədə Rusiya və Gürcüstan mediası neçə vaxtdır yazır, Azərbaycan mətbuatı da sensasion fakt kimi tirajlayır… Amma və lakin…

leps
leps

Bu boşanma, əslində, elə də ciddi, Rusiya əhəmiyyətli, heç əyalət əhəmiyyətli də xəbər deyil. Amma bu xəbərin içində Azərbaycan üçün olduqca ciddi bir fərqli xəbər var.  Beləliklə, məlum olur ki, Kibanın yeni tanışı var və o, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini olan Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir. Bu barədə beynəlxalq mediada inanılmaz faktlar yer alıb. Tezadlar.az Rusiya mediasının (MSK1.RU və sair portallarına)  yazdıqlarına istinadla bildirir ki, saytın «Aurora Kibanın Yeni Sevgilisi var…» başlıqlı jurnalist məqaləsində deyilir: «…Bu yaxınlarda 63 yaşlı Qriqori Leps və gənc Aurora Kiba ayrıldı. Bu və ya digər şəkildə, qısa ömürlü olsa da, bu yüksək səviyyəli birlik öz təsirini göstərdi. İndi Aurora MDB-nin ən məşhur subayları ilə əylənir… 20 yaşlı Kibanın 36 yaşlı dollar milyonçusu Rüstəm Hacıyevlə görüşdüyü barədə məlumatlar da yayılıb. Deyilənlərə görə, o, Auroranın bu yaxınlarda keçirilən yubiley şənliyinin xərclərini də tam ödəyib. Rüstəmin atası həm də Azərbaycanda nazir müavinidir (Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev.RED,). Belə ki, “Sevgililər Günü»ndə Aurora Azərbaycanda ən yüksək hakimiyyət üzvlərinin müşayiəti ilə Braziliyaya uçub… Rüstəm Hacıyev iddia edir ki, Auroranın 20 illik yubileyi şərəfinə keçirilən səs-küylü şənlikdə Kseniya Sobçak və digər məşhurlar üçün tostmesterin xidmətlərini də ödəməli olub. 5 fevralda keçirilən şənliyin 30 milyon rubla başa gəldiyi təxmin edilirdi”, – mənbə portala bildirib.

***

Xatırladaq ki, Rauf Hacıyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavinidir, professordur. Fransa hökuməti tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmiş Rauf Hacıyevin digər oğlu da biznesmendir. O, Bakının məşhur restoranlarından birinin sahibidir.

***

-Bəs Aurora Kiba ilə Rüstəm Hacıyevin tanışlığı necə baş tutub?

-Bu tanışlığa kim körpü salıb?

-Rüstəm Hacıyev Azərbaycandakı hansı fəaliyyəti ilə diqqəti çəkir?

Daha ətraflı yazı təqdim olunacaq…

«Təzadlar»ın Araşdırma Qrupu

leps
leps

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!