Əsas məzmuna keç

Bu ölkə ABŞ ilə yaxşı münasibətləri bərpa etmək istəyir

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen ölkəsinin ABŞ ilə münasibətləri bərpa etmək istədiyini bildirib.

Tezadlar.az bildirir ki, onun sözləri “Reuters” agentliyinə istinadən verilib.

Nilsen vurğulayıb ki, Qrenlandiya “əvvəllər ABŞ ilə olan yaxşı əməkdaşlığımızı” bərpa etmək istəyir.

“Biz Vaşinqtonla birbaşa əlaqə qurmağa çalışırıq”, – baş nazir qeyd edib.

Nilsen əvvəllər Qrenlandiyanın ABŞ ilə dialoqa açıq olduğunu bildirib. O, iki ölkə arasında qarşılıqlı əlaqənin hörmətli və ilhaq təhdidi olmadan aparılmalı olduğunu vurğulayıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Qrenlandiyanın ABŞ üçün “tamamilə vacib” olduğunu bəyan etmişdi. Bundan bir müddət əvvəl ABŞ prezidentinin Qrenlandiya üzrə xüsusi elçisi, Luiziana qubernatoru Ceff Lendri Vaşinqtonun adanı fəth etmək niyyətində olmadığına əminlik vermişdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…