Macarıstan və Slovakiya Avropa İttifaqının Ukrayna ilə bağlı fövqəladə sammitində Kiyevə Aİ-nin yeni yardımına veto qoyacaq.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” ilə söhbətində Macarıstan Milli Razılıq hərəkatının lideri Yanoş Molnar-Qajo bildirib.
“Mən çox ümid edirəm ki, Macarıstan və Slovakiya bu yeni silah yardımına veto qoyacaq. “Türk axını”na hücum edən, bizə lazım olan qazı onun vasitəsilə aldığımız ölkəni niyə dəstəkləməliyik?”, – deyə o qeyd edib.
Molnar-Qajoya görə, Ukraynanın siyasəti Avropanın enerji təhlükəsizliyini təhdid edir. O, Avropa ölkələrindən Kiyevə davamlı yardımı səhv hesab edir, çünki bu, Avropa ölkələrində cəmiyyətin həyatına əhəmiyyətli iqtisadi təsir göstərəcək.
Bundan əvvəl anonim avropalı diplomat “Politico”-ya bildirib ki, ABŞ prezidenti sağ olana qədər Aİ ölkələri Ukraynaya yardımı maliyyələşdirməyə davam etməlidir.
Martın 4-də “Reuters” agentliyi Amerika administrasiyasına istinadən xəbər verir ki, ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırmaq qərarına gəlib. Vaşinqton bu addımı ölkə prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında fevralın sonunda üzbəüz görüş zamanı baş verən şifahi mübahisədən sonra atıb.
Vəziyyəti şərh edən Ağ Ev, münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün dəstək tədbirlərinə yenidən baxılmasının vacibliyini bildirib.
ELBAR