Əsas məzmuna keç

Bu rayonların bəzi kəndlərində saat 10:00-da işıqlar kəsiləcək

Martın 11-də Cəlilabad Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq “Cəlilabad” yarımstansiyasından çıxan 110 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Tezadlar.az  xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Cəlilabadın Alar, Günəşli, Sabirabad, Biləsuvarın Amankənd, Muğan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…