Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Qarabağ və Şərqi Zəngəzurda gələn ildən hansı vergi güzəştləri olacaq?
O, qeyd edib ki, Məcəlləyə təklif edillən 19-cu fəsilə əsasən, işğaldan azad edilmiş ərazilərimizin sakinləri (rezidentləri) 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunacaqlar.
İşğaldan azad edilmiş ərazilərimizin rezidentləri tərəfindən təsdiq olunmuş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı növbəti yanvar ayından etibarən 10 il müddətində ƏDV-dən azad olunacaqlar. Eyni zamanda, iİşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri də 10 il müddətində vergi ödəməyəcəklər”, – deyə millət vəkili açıqlayıb.
Onun sözlərinə görə, ƏDV-ni geri qaytarmaq üzrə də xüsusi güzəştlər nəzərdə tutulub.
2033-cü ilədək nəzərdə tutulan vergi güzəştləri kifayət qədər təqdirə layiqdir və bu işğaldan azad olunan ərazilərimizdə sərmayə cəlbini, fərdi sahibkarlığı və eləcə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət edəcək”, – Vüqar Bayramov açıqlayıb.