Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qarşıdan gələn may ayında Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq. Tezadlar.az xəbər verir ki, Nazirlər Kabinetinin 2 dekabr 2025-ci il tarixli qərarına əsasən, bu il mayın 27, 28-i Qurban bayramıdır. Həmçinin Müstəqillik günü (28 may) iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, Qurban bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü sayılır. Bu il Qurban bayramı Müstəqillik günü ilə üst-üstə düşdüyü üçün isə növbəti gün – 29 may istirahət günü olacaq.
Eyni zamanda bu il 30 may şənbə, 31 may bazar gününə təsadüf edir. Beləliklə, 27, 28, 29, 30 və 31 mayda ardıcıl istiraət günüdür.
İstirahətiniz xoş, səyahətiniz maraqlı və ən vacibi, cibiniz pullu olsun!
A.Məmmədli