Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin Samsun vilayətində anadangəlmə leptin hormonu çatışmazlığı səbəbindən toxluq hissi yaranmayan və 5 yaşında 90 kiloqrama qədər çəki alan Yağız Bektenin son görüntüsü görənləri təəccübləndirib. Bir vaxtlar yeriməkdə belə çətinlik çəkən uşağın 6 il ərzində yaşadığı dəyişiklik bir çox ailəyə ümid olub. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, 6 il əvvəl kilosu ilə bütün sosial medianı alt-üst edən 5 yaşlı uşaq indi tanınmaz hala düşüb. Sitat: “Samsun’da doğuştan leptin hormonu eksikliği nedeniyle tokluk hissi oluşmayan ve 5 yaşında 90 kiloya kadar çıkan Yağız Bekte, uygulanan tedavi sayesinde 11 yaşında 40 kiloya düştü. Bir dönem yürümekte dahi zorlanan çocuk, bugün yaşıtlarıyla birlikte oyun oynayıp etkinliklere katılabiliyor”.
Samsunun Tekkeköy rayonunda yaşayan 44 yaşlı Sedat Bekte və 35 yaşlı Sevda Bekte cütlüyünün ikinci övladı olan 11 yaşlı Yağız Bekte anadangəlmə leptin hormonu çatışmazlığı səbəbindən körpəlik dövründən sürətlə kökəlməyə başlayıb.
Yağız hələ bir yaş yarımlığında 32 kiloqrama çatıb, 2 yaşında 37 kilo, 3 yaşında isə 55 kilo olub. Çəkisi 5 yaşında 90 kiloqrama qədər yüksələn uşaq artıq çəkilər səbəbindən bir müddət nəfəs aparatına qoşulmaq məcburiyyətində qalıb.
Türkiyə Səhiyyə Nazirliyinin təsdiqlədiyi xüsusi müalicəyə cəlb olunan Yağızın həyatı müalicənin müsbət nəticə verməsindən sonra dəyişməyə başlayıb. 2022-ci ildən etibarən müntəzəm şəkildə çəki itirən Yağız 11 yaşında 40 kiloqrama qədər arıqlayaraq yaşıdları ilə eyni boy-çəki indeksinə çatıb. İlk dəfə dostları ilə birlikdə gəzib əylənə bilən uşaq müxtəlif tədbirlərdə iştirak etməyin sevincini yaşayır. Yağız artıq yaşıdları kimi əyləncə parklarında vaxt keçirir və adrenalin dolu zip coaster attraksionunda sürüşməyi də sevərək edir. Hazırda 4-cü sinifdə oxuyan Yağız Bekte bildirib ki, əvvəllər artıq çəkisinə görə yaşıdları kimi fəaliyyətlərdə iştirak edə bilmədiyi üçün çox kədərlənirmiş: “Əvvəllər çox kök idim, indi isə özümü çox yaxşı hiss edirəm. Dostlarımın etdiyi fəaliyyətlərə qoşula bilmirdim, indi isə hər şeyi edə bilirəm. Buna görə çox xoşbəxtəm”.
Yağızın atası Sedat Bekte isə oğlunun yaşıdları ilə eyni çəkiyə çatmasının onlar üçün böyük sevinc olduğunu bildirib. Ata qeyd edib ki, Yağız çox çətin dövrlər keçirib və xüsusi müalicə almasaydı arıqlaması mümkün olmazdı. Onun sözlərinə görə, əvvəllər ailə olaraq heç yerə gedə bilmirdilər, Yağız dostlarını görəndə ağlayır və “Mən niyə gedə bilmirəm?” deyərək çox kədərlənirfi. Hazırda isə uşaq bütün attraksionlarda oynaya bilir və normal uşaqlıq həyatı yaşayır.
Bildirilib ki, həkim nəzarəti altında yaşayan Yağız Bektenin müalicəsi ömür boyu davam etdiriləcək və sağlamlığının qorunması üçün mütəmadi nəzarətdə saxlanılacaq.