Əsas məzmuna keç

BÜTÜN UKRAYNADA HAVA XƏBƏRDARLIĞI ELAN EDİLİB

Ukraynanın hər yerində hava həyəcanı elan edilib.

Bu barədə UNIAN nəşri məlumat yayıb.

“Sığınacağa gedin”, – ölkə sakinlərinə müraciətdə deyilir.

Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin onlayn həyəcan xəritəsinin məlumatları da hava xəbərdarlığına dəlalət edir.

Buna əsasən, siqnal əvvəlcə ölkənin şərq rayonlarında səslənib, sonra isə bütün Ukrayna ərazisini əhatə edib.

Qeyd edək ki, “Ukrenerqo” milli enerji şirkəti bundan əvvəl Ukraynanın enerji sistemində gücün çatışmazlığı barədə məlumat vermişdi. Vəziyyət hava şəraiti – külək, yağış və qar ilə mürəkkəbdir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…