Əsas məzmuna keç

Buzlaqlar ərimə təhlükəsi ilə üzləşib

Yeni Zelandiyanın yaxın gələcəkdə daha şiddətli isti dalğaları və buzlaqların əriməsi ilə üzləşdiyi bildirilir.

Tezadlar.az xəbər verir ki, Yeni Zelandiyada dərc olunan hərtərəfli iqlim hesabatına görə, istixana qazı səviyyəsi rekord səviyyələrə çatdıqca, ölkə yaxın gələcəkdə daha tez-tez və şiddətli isti dalğaları və fəlakətli buzlaq əriməsi ilə üzləşə bilər.

Bu gün dərc olunan “Atmosferimiz və İqlimimiz 2026” hesabatı Yeni Zelandiyanın ətraf mühitə, yerli növlərə və icmalara geniş təsir göstərəcək artan iqlim təzyiqləri ilə üzləşdiyini göstərir.

Məlumata görə, Yeni Zelandiyanın orta illik temperaturu 1909-cu ildə qeydə alınmağa başlanandan bəri 1,36 dərəcə Selsi artıb və qeydə alınan ən isti 10 ildən 7-si son on ildə baş verib.

Məlumatda bildirilir ki, iqlim istiləşməsi səbəbindən ölkədə təxminən 3000 buzlaqın həcmi sürətlə azalır və 1997-ci ildə 56 kub kilometr olan buzlaqların həcmi 2023-cü ilə qədər 30 kub kilometrə düşüb.

Artan istilər; temperaturun yüksəlməsinə, okeanların isinməsinə, dəniz səviyyəsinin yüksəlməsinə, yağıntıların dəyişməsinə və daha intensiv ekstremal hava hadisələrinə səbəb olduğu bildirilib.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…