Çarlz III davam edən xərçəng müalicəsi səbəbindən xəstəxanaya yerləşdirildi

Böyük Britaniya kralı III Çarlz martın 27-də xərçəng müalicəsinin yan təsirləri səbəbindən qısa müddətə xəstəxanaya yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, kral artıq Klarens Hausun Vestminster iqamətgahına qayıdıb. Həkimlərin tövsiyəsi ilə əvvəlcədən planlaşdırılan tədbirlər martın 29-dək ləğv edilib.

Bukingem sarayı keçən ilin fevralında monarxın xərçəng xəstəliyini elan etmişdi. Eyni zamanda, III Çarlz müalicəyə başladı. Bir müddət sonra III Çarlz etiraf etdi ki, xərçənglə mübarizəyə yönəlmiş müalicə kursu zamanı o, dad hiss etmə qabiliyyətini itirib.

Saray mənbələri keçən ilin sonlarında monarxın müalicəsinin yaxşı getdiyini və 2025-ci ilə qədər davam edəcəyini bildirdilər.

ELBAR

Xəbəri paylaş

12 İyul