Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda film çəkilişlərində iştirak edən dünya şöhrətli aktyor Ceki Çanla görüşən azərbaycanlı uşağın görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.
Tezadlar.az xəbər verr ki, aktyorun çəkiliş məkanında olan fanatları onunla görüşmək və foto çəkdirmək imkanı əldə ediblər. Həmin anlardan biri də azərbaycanlı uşağın Ceki Çanla birgə foto çəkdirməsi olub.
Aktyoru qarşısında görən uşağın sevinc dolu reaksiyası kameraya düşüb. Onun həyəcanı və xoşbəxtliyi sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb.
Görüntülər qısa müddətdə geniş yayılaraq izləyicilər arasında müzakirələrə səbəb olub. Bir çox istifadəçi uşağın sevincini bölüşərək həmin anın onun üçün unudulmaz xatirəyə çevrildiyini qeyd edib.
Qeyd edək ki, Ceki Çanın Bakıda film çəkilişlərində iştirakı günlərdir şəhər sakinləri və aktyorun azərbaycanlı pərəstişkarları arasında böyük maraq doğurur.