10 Fevral 2026 / 16:44

Cəlil Məmmədquluzadənin 160 illiyinə həsr olunmuş tədbir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin əməkdaşları kitabxananın fəal oxucuları üçün Azərbaycanın görkəmli mütəffəkiri, yazıçı, dramaturq Cəlil Məmmədquluzadənin 160 illik yubileyi ilə əlaqədar ədibin Bakıdakı ev muzeyinə ekskursiya təşkil etdilər. Muzeyin direktoru Yeganə Məmmədova ədibin zəngin ədəbi-irsi, maarifçilik fəaliyyəti haqqında danışdı, muzeydə C.Məmmədquluzadənin və digər mollanəsrəddinçilərin irsinin toplanması, tədqiqi və təbliği sahəsində gördüyü işlərdən məlumat verdi. Muzeyin bələdçisi Sevil Kərimova oxucuları ədibin uşaqlıq, gənclik və təhsil illərini, ilk yaradıcılıq addımlarını, ilk jurnalistika və ədəbi fəaliyyətini əks etdirən eksponatlarla tanış etdi.

ELŞAD

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!