Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 İyun 2026 / 22:56

Cərimələşmə və cərimələnmə: sürücülərə divan tutmaq üsulu!

…Dəfələrlə nümunə çəkmişəm: Almaniyada yaşayan professor Abdulkadir İnaltəkindən bir dəfə soruşdum ki, yollarda qayda pozmağa görə ayda nə qədər cərimə ödəyirsən? Dedi ki, Berlində yaşayıram və heç vaxt! Bir də soruşdum ki, heç qayda pozmamısan? Bildirdi ki, yox! Dedim ki, axı bu necə olur? Cavabı olduqca düşündürücü idi: “Çünki bizdə qayda pozmağa şərait yoxdur…”.
Azərbaycanda isə addımbaşı qayda pozmağa şərait yaradılıb. Məsələn, bircə misal: Bakının Yusif Səfərov küçəsi ilə kəsişən Sabit Orucov küçəsində (Perinatal Mərkəzin düz yanında) “Bravo”, ondan 50 metr qabaqda “Araz” şəbəkəsinə aid iri market, yanında az məsafə ilə 4 aptek, iki otel, ət və meyvə dükanı, 6 restoran… yerləşir. “Bravo”dan başlayaraq yolun solunda ta Xətai rayon Prokurorluğunun binasınadək “Dayanma- durma qadağandır” nişanı qoyulub, solda isə parklamadır, orda da yeri əliçıraqlı da tapa bilməzsən! Yaxşı, bu nişanı qoyan naşı düşünmürmü ki, bəs bu dükana, aptekə, restorana, tərəvəz və ət dükanına, otelə… girən şəxs avtomobilini hara aparıb qoymalıdır?! Təsəvvür edin, ətrafda 20- dən çox bu tip nişan qoyulub, yəni, sağda olmaz, solda isə qadağandır, yaxud əksinə! Yolun solu isə bomboşdur, kiməsə maneçilik yoxdur!
 Demək, məqsəd odur ki, bu ərazidə məcburən 30-40 saniyəlik maşın saxlayıb adam düşürsən, yaxud aptekə girsən, səni AYNA sağda, DYP isə solda cərimələsin!
Bu öz vətəndaşına düşmən kəsilmədir, soyğunçuluqdur, qənimçilikdir!
Budur, politoloq Mustafa Hacıbəyli yana- yana yazır: “Sürücülərə yollarda tor qururlar. Cərimələrlə hamının nəfəsini kəsirlər.
Son bir ayda yol hərəkəti qaydalarının pozulmasına görə qızım 250 manat, dostum 160 manat, qonşum 180 manat cərimə ödəyib. Adam tanıyıram ki, son aylarda cərimələri qalaqlanıb 1800 manata çatıb. Kimi dindirirsən, cərimələrdən şikayətçidir.
Əvvəllər sürücülər əsasən qırmızı işıq və sürət həddini aşmağa görə cərimələnirdisə, indi bütün yolları lazım gəldi-gəlmədi nişanlayıb, xətləyiblər. O xətti basdın, 80 manat, bu zolağa girdin 100 manat, orda dayanma, burda durma – soyurlar camaatı.
Təkcə Bakıda 800 mindən artıq qeydiyyatda olan avtomobil var. Hərəsi 100-120 manat cərimə ödəsə, ayda 100 milyona yaxın, ildə bir milyarddan artıq məbləğ edir. Sumqayıtı, Gəncəni, Lənkəranı, Mingəçeviri, Şəkini, rayonları hələ hesaba salmırıq.
Bu pullar hara gedir? Son bir ayda cərimələrdən dövlət büdcəsinə nə qədər pul keçib? Bunu öyrənməyə çalışdım, məlum oldu ki, açıq mənbələrdə bu haqda məlumatlar mövcud deyil. Yəni hesabı vətəndaş ödəyir, amma yığılan vəsaitin həcmi və xərclənmə istiqamətləri barədə ictimaiyyətə aydın məlumat verilmir. Bəs şəxsən sizi son aylarda nə qədər cərimələyiblər? Ən böyük cəriməniz nə qədər olub? Sizcə, cərimələr yol hərəkəti təhlükəsizliyinə xidmət edir, yoxsa büdcə toplama vasitəsinə çevrilib?”.
Sözün bitdiyi yer! Tədbir görülməlidir… Allahın Gürcüstanının Baş naziri bu gün bəyan etdi ki, hökumət sürücülərə tətbiq olunan cərimələrə yenidən baxacaq, ortada ədalətsizlik var…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!